Türkiyəli məşhurun toyu Bakıda olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni-aktrisa Öykü Gürman nişanlısı, biznesmen Fatih İçmeli ilə nikah masasına oturmağa hazırlaşır.
Axşam.az xəbər verir ki, cütlük toyunu Azərbaycanda etmək qərarına gəlib. Bu haqda türk mediası xəbər yayıb.
Bildirilib ki, Öykü və Fatih bir gün sonra Bakıda toy edəcəklər.Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi etmişdi. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanmışdılar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırırdı. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün məclis təxirə salınmışdı.
Oxşar xəbərlər
Çoxlu pul, əsl sevgi, əla təhsil imkanı... - Sentyabr BÜRCLƏRƏ nə vəd edir?
Sentyabr ayının başlamasına sayılı günlər qalıb. Keçmişin problemlərini unutmaq zamanıdır. Qadağalara qarşı reaksiya yarada bildiyimiz bu dövrdə hirsli davranış...