Türkiyəli aparıcılar Brilliant Dadaşovaya yalançı dedilər - VİDEO
10
okt
2019
12:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova Türkiyənin TV8 kanalında “Gel konuşalım” proqramında bəstəkarlar Fettah Can və Metin Özülkün tərəfindən aldadıldığını söyləyib.BAKU.WS xəbər verir ki, xalq artisti adıçəkilən türkiyəli bəstəkarlara ümumilikdə 35 min dollar pul verdiyini, lakin indiyədək geri ala bilmədiyini söyləyib:"Bir neçə il əvvəl 19 min dollar Metin bəyə, 18 min dollar Fettah Cana vermişəm. Nə mahnıları ala bilirəm, nə də pulları. Danışdığım zaman özümü reklam etmiş oluram. Mənə üçüncü yolu desinlər, elə edim".Proqramın aparıcıları azərbaycanlı sənətçinin bu açıqlamalarını inanılmaz bir iddia kimi təqdim ediblər. Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduğunu, belə bir hərəkət edəcəklərinə inanmadıqlarını, azərbaycanlı sənətçinin bu iddiaları gündəmə gəlmək üçün etdiyini söyləyiblər. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"Vacib idi, bilsinlər, sən mənim anamsan?!" - Oğlundan Brilliant Dadaşovaya ŞOK SÖZLƏR - VİDEO
Xalq artisti Brilliant Dadaşova oğlu Cahad Hacıyevlə bağlı maraqlı açıqlama verib.BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "Hər şey daxil" verilişinin qonağı olan s...