Türkiyədə Röyanın başına iş gəldi

20
fev
2019
10:42
Əməkdar artist Röya Ayxanın başına Türkiyədə iş gəlib. BAKU.WS xəbər verir ki, müğənni bu haqda "Instagram" hesabında məlumat verib. R. Ayxan İstanbuldakı evini təmizləmək üçün xadimə çağırdığını, həmin xanımın isə müğənni olmaq aruzusunda olduğunu qeyd edib: “Adətən, evim balaca olduğu üçün özüm təmizləyirəm. Amma bu dəfə dedim ki, bir xanım gəlsin, kömək etsin. O, evə gələnədək artıq 3 otağı təmizləmişdim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz kim istəyir olun, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı, Dedi ki, siz düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Özü də pulunu artıqlaması ilə əvvəlcədən ödəmişdim”. BAKU.WS
Oxşar xəbərlər
SON DƏQİQƏ! Röya Ayxanın qəzadan sonra ilk görüntüsü yayıldı - FOTO (YENİLƏNİB)
Əməkdar artist Röya Ayxanın yol qəzasından sonra ilk görüntüsü yayılıb.BAKU.WS-in məlumatına görə, aparıcı Hacı Nuran qəzaya düşən Röyanı evində ziyarət edib. O...
