Türkiyədə əcnəbi ilə evlənən kişilərin 13 faizi azərbaycanlı qadınları seçib
05
apr
2018
22:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2017-ci ildə türkiyəli kişilər ümumilikdə 20 972 əcnəbi qadınla evləniblər ki, onların 13,3%-i azərbaycanlıdır.BAKU.WS-in məlumatına görə, bu barədə Trend Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən məlumat verir.2017-ci ilin yekunlarına əsasən, ölkədə ailə həyatı quran kişilərin orta yaş həddi 27, qadınlarda isə 24 olub.Ötən ilin nəticələrinə görə, Türkiyədə evlənənlərin sayı 2016-cı ilə nisbətdə 4,2% azalaraq 569 459 nəfər olub. 2017-ci ildə boşananların sayı isə 2016-cı illə müqayisədə 1,8% artaraq 128 411 nəfər təşkil edib.TÜİK-in məlumatına əsasən, keçən il boşanmaların 38,7%-i evliliyin ilk beş ilində qeydə alınıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI
Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər e...