Tülkü Bakıda evlərin birinə girərək balalayıb

Tülkü Bakıda evlərin birinə girərək balalayıb
Şou-biznes 2321

Bakıda evlərin birinə tülkü girərək balalayıb.

BAKU.WS xəbər verir ki, hadisə Suraxanı rayonu, Ramana qəsəbəsində Samir Əliyev küçəsində yerləşən evdə qeydə alınıb.

Evin sahibi İlham Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, evlərin zirzəmisinə girən tülkü orada 5 bala doğub.

“Axşamlar tülkü və balaları çölə çıxırlar. Gündüzlər isə yenidən zirzəmiyə girərək gizlənirlər.

İndi Bakı Zooparkı ilə əlaqə saxlayacağam ki, gəlib onları aparsınlar”, - deyə İlham Quliyev bildirib.

Son xəbərlər