Toysuz qalan Xatirə İslam: "Nəfəsim kəsilir"
Yeniliklərdən dərhal xəbərdar olun
Payıza sayılı günlər qalmış azərbaycanlı məşhurlar karantin qaydalarının yumşalmasından istifadə edərək istirahətə yollanıblar.
BAKU.WS-in məlumatına görə, toyların keçirilməsinin qadağan edilməsi ilə işsiz qalan məşhurlar son qızmar günləri ölkə daxili və xaricində dəyərləndirməyə çalışırlar.
Müğənni Xatirə İslam həyat yoldaşı ilə İstanbula üz tutub. Getdiyi məkanların birindən foto paylaşan X.İslam Türkiyədəki maska qadağasından şikayətlənib: "Burada maska taxmaq qanunu çox sərtdir. Nəfəsim kəsilir".
Ailəsi ilə istirahətə yollananlardan biri də 4 uşaq anası Xuraman Şuşalıdır. Aylardır Bakıda qalmaqdan şikayət edən müğənni rayonlara yolların açılmasını fürsət bilərək Qusara üz tutub. O, həyat yoldaşı ilə fotolarını sosial şəbəkədə paylaşıb. "Dəyərli izləyicilərim, Allah sizi var etsin. Dualarınız, gözəl sözlərinizin mini özünüzə qayıtsın".
Nənə olan rəqqasə Fatimə isə karantin dövründə bağ evində qalsa da, yollar açılan kimi Lənkərana gedib. "Gününüz uğurlu olsun. Dostlar, axır ki, tam-tamına istirahat etdim".
Oxşar xəbərlər
Müğənnilərin rayon həsrəti belə bitdi
Aylar sonra rayonlara yolların açılması müğənnilərin də üzünü güldürüb. BAKU.WS-in məlumatına görə, bunlardan biri də Kərim Abbasovdur. Karantin dövründə tədbir...