Toyda adam döyən Firuzə İbadova: "Məəttəl qaldım ki, bunu necə etdim?"

Toyda adam döyən Firuzə İbadova: Məəttəl qaldım ki, bunu necə etdim?
Şou-biznes 111

Əməkdar artist Firuzə İbadova yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.

BAKU.WS xəbər verir ki, "7 canlı" proqramına qonaq olan ifaçı bölgələrdən birində toyda olarkən başına gələn hadisədən danışıb. İbadova məclisdə onunla rəqs etmək istəyən gənc oğlanı döydüyünü deyib:

"Hadisə illər əvvəl olub. Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini. Gəldi qulağıma dedi ki, oynayaq. Baxdım, cavab verdim ki, "Oğlum, get otur". Dedi "Yox, siz mənimlə oynayacaqsınız". Gördüm, əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə. Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı ki, "Hə".

Dedim, gəl oynayaq, dartdım onu və silləni vurdum. Yıxıldı yerə. Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu, yerə yıxdı. İşıqlar yandı, gördülər bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim nə etdim?"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər