Tom Kruz ilk dəfə "Oskar" aldı
17
noy
2025
15:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Tom Kruz 45 illik karyerası ərzində ilk dəfə "Oskar" qazanıb.
BAKU.WS xəbər verir ki, mükafat aktyora "16th Governors Awards" mərasimində təqdim olunub. Ona "Oskar"ı meksikalı rejissor Alehandro Qonzalez verib.
Hollivuddakı "Ray Dolby Balo" salonunda reallaşan mərasimdə Kruz çıxış da edib.
O "Film çəkmək mənim işim deyil, kimliyimdir" - deyərək çıxışında bildirib.
Qeyd edək ki, Tom Kruz bundan əvvəl 4 dəfə "Oskar"a namizəd olsa də, heç vaxt mükafatı ala bilməyib.
Qalereya
Oxşar xəbərlər
Kişi fanatının bu addımı müğənnini şoka saldı
Müğənni Mert Demirin səhnə aldığı konsertlərindən birində diqqətçəkən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, Yenikapıdakı konserti zamanı səhnəyə çıxan kişi p...