Tom Kruz bu səbəbdən 35 milyonluq evini tərk edir
Hollivud ulduzu Tom Kruz, Londonun ən lüks məhəllələrindən biri olan "Knightsbridge"dəki evindən köçür.
BAKU.WS xəbər verir ki, buna səbəb 35 milyon funt-sterlinq dəyərindəki mənzilin yerləşdiyi yerin artıq təhlükəli olmasıdır.
Belə ki, bir neçə gün əvvəl həmin ərazidə lüks brendlərdən birinə aid qızıl mağazası soyulub.
Həmin mağaza ulduzun evinin altında yerləşir.
Aktyora yaxın mənbələrin verdiyi məlumata görə, Kruz "Knightsbridge" bölgəsinin son bir-iki il ərzində getdikcə daha təhlükəli hala gəldiyini deyib.
O hazırda sakitlik axtarışındadır.
Əvvəllər bölgədə rahat şəkildə gəzintiyə çıxa bilən aktyorun, artıq özünü təhlükəsizlikdə hiss etmədiyi qeyd olunub. Aktyorun yeni ünvanı hələlik dəqiqləşməyib.
İddialara görə, aktyor ya ABŞ-yə geri dönəcək, ya da İngiltərənin sakit və kənd tipli bölgəsi olan "Cotswolds"da özünə yeni bir mülk axtaracaq.
Oxşar xəbərlər
Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib
Şoumen Mehmet Ali Erbil dostu, müğənni Serdar Ortaçla bağlı şok etiraf edib. BAKU.WS xəbər verir ki, o sənətçiyə borc olaraq 500 000 dollar verib. Daha sonra S...