Tolikə rəsmi olaraq yüksək vəzifə verildi (FOTO)
24
noy
2017
16:27
Tolik kimi tanınan prodüser Tarix Əliyevə vəzifə verilib. BAKU.WS-in məlumatına görə, bu barədə prodüser özü məlumat yayıb. “15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçı vəzifəsinə təyin edildim.Gəncədə yeni inşa edilmiş möhtəşəm Filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün Filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm.Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam. Bu sırada tanınmış ulduzlar – Hadise, Mustafa Ceceli, Ferhat Göcer, Aleksandra Stan, İnqrid, eləcə də öz məşhurlarımız, xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, əməkdar aristlər – Natiq Şirinov, Röya Ayxan və başqalarının adını çəkə bilərəm. Gəncə ötən il “Avropa Gənclər Paytaxtı” seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəssisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu".İmanBAKU.WS
Oxşar xəbərlər
Teymur Əmraha vəzifə verildi
Əməkdar artist Teymur Əmrah Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib. BAKU.WS axşam.az-a istinadən bildirir ki, sənətçi artıq bir müddətdir, filarmo...