Tolik göz yaşlarını saxlaya bilmədi: Bəlkə öldüm... - VİDEO
Tolik ləqəbi ilə tanınan brodüser Tarix Əliyev ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olub.
BAKU.WS-in məlumatına görə, o, verilişdə aparıcı-aktrisa Afaq Gəncəlinin onun haqda dediyi sözlərdən sonra Tolik göz yaşlarını saxlaya bilməyib.
"Afaq güclü qadındır. Siz bilirsiniz ki, onun uşağı 13 yaşında vəfat edib. Qədirxan Ankarada yatanda onun yanına getdim, görüşdük. Uşaq rəhmətə gedəndən sonra Afaqı çox qınadılar. Efirlərə çıxdığı üçün Afaq tənqid atəşinə tutuldu. Afaqın ürəyində böyük bir daş var, onu heç kim çıxarda bilməz. Onun uşağı rəhmətə getməmişdən 2 gün qabaq pəncərəsinə 1 ayaqlı göyərçin qonmuşdu. O, onun şəklini çəkib qoymuşdu. O şəkli paylaşanda zəng edib dedim ki, sil. Dedi, yox, o göyərçin onu aparmağa gəlib. Afaq çox əziyyət çəkdi, uşağa görə heç kimə əyilmədi. Uşağın atası Afaqa dedi ki, gəl kampaniya başladaq uşaq üçün. Afaq razı olmadı. İndi onu qınayırlar ki, o gülür. Amma o, uşağı unuda bilmir...
Heç kəsi qınamaq olmaz. Toy yiyəsi deyir ki, ailə problemin səndə qalsın, gəl toyumu apar. Bəlkə, bu veriliş axırıncı müsahibəm oldu, çıxdım, öldüm. Həyatdır".
BAKU.WS
Oxşar xəbərlər
Əli Mirəliyevdən 110 minlik məhkəmə iddiasına cavab: “Afaq Aslan əvvəlcə...”
Müğənni Afaq Aslanın bir müddət öncə barəsində açıqlama verən həmkarı Əli Mirəliyevi məhkəməyə verməsi haqqında məlumat yayınlamışdıq. BAKU.WS xatırladır ki, Ə...