Afaq Əli Mirəliyevi RÜSVAY ETDİ: "Məni bağ evinə dəvət edib…"
Bir neçə gün öncə müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın "1 milyona soyunaram" ifadəsinə reaksiya verərək "soyunsa ona heç 50 manat da verməzlər" demişdi.
Əli Mirəliyevin bu sözlərindən sonra ölkə.az-a danışan Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:
"Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır".
Afaq Aslan Əli Mirəliyevi qalmaqalla gündəm yaratmaqda suçlayıb:
"Mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm. Mən ona ölüm arzulamıram ki, qoy "Ölməz Kaşşey" kimi yaşasın. Mənim 1 milyona soyunmağım şəxsi işimdir və şəxsi məsələlər toxunulmazdır. Gündəmdə yoxdur deyə ona-buna ilişməklə gündəm yaratmaq istəyir. Bir aralar Səməd Səmədova sataşdı ki, səsi yoxdur oxuya bilmir, daha sonra Rəqsanəyə ilişərək itinə Reks adı qoyduğunu dedi. Rəqsanə də onu məhkəməyə vermək istəyəndə əlinə-ayağına düşüb yalvardı, dediyi sözün arxasından qaçdı.
Əli Mirəliyevin hansı mahnısına qulaq asıblar? Mənim isə İnstaqram profilimdə 50 mindən çox izləyicim var. Mən bu qədər insan tərəfindən sevilməsəm, maraq dairəsində olmasam, ətrafımda bu qədər insan olmazdı. Ağsaqqal kişidir, ona bundan da sərt cavab verə bilərəm, amma babamın babası ilə yaşıd biriylə ağız-ağıza verməyi özümə yaraşdırmıram. Ona son olaraq demək istəyirəm ki, sənin qatarın çoxdan gedib. Ən yaxşısı get bağ evində otur, nəvələrinlə oyna və ona-buna az iliş!"
BAKU.WS
Oxşar xəbərlər
Əli Mirəliyev: "Soyunsun, ona heç 50 manat da verməzlər"
"Türkiyədə yaşayıb Azərbaycanı biabır etməsinlər, adımızı batırmasınlar". BAKU.WS bildirir ki, bunu aznews.az-a açıqlamasında müğənni Əli Mirəliyev Afaq Aslanı...