“The Economist”: Bakı yaşamağa yararlı on şəhərdən biridir

“The Economist”: Bakı yaşamağa yararlı on şəhərdən biridir
Şou-biznes 1329

Britaniyanın nüfüzlu jurnalı "The Economist” Bakını yaşamaq üçün yararlı olan, ən aktiv şəkildə inkişaf edən "Top-10” şəhərlərin siyahısına salıb.

BAKU.WS-in məlumatına görə, Fins.az-ın "Global Liveability Ranking-2016”-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın paytaxtı insanların yaşaması və infrastrukturun inkişafı baxımından doqquzuncu yeri tutub (reytinqdə 5 il ərzində +1,6%), bununla da "Top-10”-luğu bağlayan Honolulu şəhərini (Havay, ABŞ) qabaqlayıb. 

Dünyanın həyat üçün yararlılıq naminə ən dinamik inkişaf edən şəhəri isə İranın paytaxtı Tehran seçilib (5 il ərzində + 5%).

Düzdü, həm Bakı (103-cü yer, 140 şəhər arasında), həm Tehranın (126) bu "Top-10”-luğun başında duran Melburna çatmağına hələ çox var. Amma misal üçün Moskva beş il ərzində göstəricidə 5,6%, Kiyev 25,1% geriləyib və hər iki şəhər həyat üçün yararlığın ən sürətli pisləşdiyi siyahıya daxil olublar.

Jurnal öz indekslərini 30 kəmiyyət və keyfiyyət faktorları və beş əsas kateqoriya üzrə seçir: stabillik, tibb, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktura.

BAKU.WS

Oxşar xəbərlər

AZAL-ın Bakı və Berlin arasındakı reyslərində ikiqat millər

AZAL-ın Bakı və Berlin arasındakı reyslərində ikiqat millər

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Berlinə və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir. Sözügedən marşrut üzrə uçuşlara sentya...

1411 Şou-biznes 15:57 01 avqust 2016

Son xəbərlər