Dünyaca məşhur marka 125 min avtomobili "geri çağırır" - VİDEO
Dünyaca məşhur elektrik avtomobil istehsalçısı Tesla təhlükəsizlik kəməri xəbərdarlığı sistemində yaranan nasazlıq səbəbindən ABŞ-da 125 min 227 avtomobilini geri çağırmaq qərarına gəlib.
BAKU.WS xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Açıqlamada qeyd edilib ki, nasazlıq səbəbindən sürücü təhlükəsizlik kəməri taxmazsa və bu səbəbdən sözügedən nəqliyyat vasitələri təhlükəsizlik şərtlərinə uyğun gəlməyəcək. Bu zaman avtomobildə xəbərdarlıq işığı və səsli xəbərdarlıq işə salınmaya bilər.
Sürücüyə təhlükəsizlik kəmərinin bağlanmaması ilə bağlı xəbərdarlıq edilməyəndə, qəza zamanı onun həyatı təhlükə altında ola bilər.
Açıqlamada o da qeyd edilib ki, problemin həlli üçün proqram təminatı yenilənəcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...