Tarkanın konserti üçün qurulan səhnə çökdü: Yaralanan var - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur müğənnisi, Meqastar Tarkanın sentyabrın 9-da İzmirin Qurtuluşunun 100 illiyi münasibətilə baş tutacaq konserti üçün qurulan səhnə çöküb.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, səhnənin qurulmasında iştirak edən işçilərdən biri uçan taxta konstruksiyanın altında qalaraq xəsarət alıb.
Yaralı artıq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, Tarkanın pərəstişkarları biletsiz keçiriləcək konserti izləmək üçün meydanın ətrafındakı evlərin eyvanlarını 500 dollara, ətrafdakı balıqçı qayıqlarını isə 8 min lirəyə icarəyə götürmüşdülər.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...