Tarkan yataq fotosunu xanımına görə sildi
Nyu-Yorkda konsert verməyə hazırlaşan Tarkan dünən sosial mediada paylaşdığı yataq fotosunu xanımının təkidi ilə silib.
Bu gün və sabah ABŞ-da konsert verməyə hazırlaşan müğənni Tarkan İnstaqramda paylaşdığı foto ilə gündəmə gəlib.
BAKU.WS bildirir ki, Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, konsertöncəsi yataqdan olan foto paylaşaraq yazıb:
"Konsert həyəcanı bürüyüb. Yuxum da qaçdı. Yenə də yatmağa çalışmalıyam, sabaha enerji yığmalıyam".
Foto 2 saat içində 40 mindən çox insan tərəfindən bəyənilib.
Məlumatda bildirilir ki, qısa müddətdə çoxlu insan tərəfindən bəyənilən foto xüsusilə qadın fanatlarını təəccübləndirmişdi.
Ancaq Tarkan az sonra bu fotonu silib. Deyilənlərə görə meqastarın xanımı onun yarıçılpaq fotosuna etiraz edib.
Onu da qeyd edək ki, dünyaca tanınmış müğənni Tarkanın 3 və 4 mart tarixlərində Amerikada konsert verəcəyi gözlənilir.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Tarkanın yataq fotosunu 2 saatda 40 min adam bəyəndi
Meqa star Tarkanın ABŞ-ın Nyu-York şəhərində konsert verəcəyi üçün həyəcandan yuxuları qaçıb. BAKU.WS mili.az-a istinadən xəbər verir ki, yataqda poza verən Ta...