Tanınmış türk aktyoru yol qəzasında öldü

28
may
2018
09:42
Ötən gün axşam saatlarında Türkiyənin tanınmış aktyoru Arda Öziri yol qəzasında ölüb.BAKU.WS istinadən verdiyi məlumata görə, axşam saatlarında dostları ilə birlikdə Çempionlar Liqasının final qarşılaşmasını izləyiblər. Oyundan sonra aktyor motosiklet ilə yola çıxıb. Qəza da həmin anda baş verib.Qeyd edək ki, 39 yaşlı Arda Öziri bir çox türk seriallarında rol alıb. O, sonuncu dəfə “Diriliş Ertuğrul” serialında “Göktuğ” xarakterini canlandırırdı. Aktyor bu gün İşıkkent qəbirstanlığında dəfn ediləcək.BAKU.WS






Oxşar xəbərlər
Türkiyənin məşhur aktyoru Bakıdadır
Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyal Bakıdadır. Axşam.az xəbər verir ki, aktyor “Məlahətli söhbətlər” verilişində qonaq olmaq üçün Azərbaycana gəlib. Hü...
