Tanınmış müğənnidən ETİRAF: "7 ildir telefon istifadə etmirəm!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyalı müğənni Ed Şiran etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "The Collector's edition" proqramına qonaq olan ifaçı, 7 ildir telefon istifadə etmədiyini bildirib.
30 yaşlı sənətçi mobil vasitənin onu həddən artıq yorduğunu buna görə də artıq bir neçə ildir ki, ondan imtina etdiyini deyib. Ed telefon istifadə etməməyin onun beyninə yaxşı təsir etdiyini bildirib:
"Evdə noutbukum var. Üç-dörd gündən bir onu açıb gələn elektron məktubları cavablandırıram. Bundan sonra kompüteri bağlayıram və normal həyata qayıdıram. Beləliklə, özümü həyatdan bezmiş kimi hiss etmirəm".
Qalereya
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...