Tanınmış aktrisa ilk dəfə hamiləlik görüntüsünü yaydı - FOTO

İyun ayında basketbolçu sevgilisi Buğrahan Tuncerlə ailə quran və qısa müddətdə hamiləlik müjdəsi verən aktrisa Eda Ecenin qarnı görünüb.
BAKU.WS xəbər verir ki, görüntünü gözəl aktrisa özü yayıb.
Belə ki, 4,5 aylıq hamilə olan Eda Ecenin qız övladı olacaq.
Xatırladaq ki, "Yasak Elma" ilə məşhurluğunu bir qədər də artıran Ece, serial bitdikdən sonra gözdən uzaq yaşamağa qərar verib. Aktrisa hamiləliyini də evdə keçirir. İlk üç ayını çətin keçirən Ece 7,5 aylıq hamilə fenomen Raçel Arez ilə alış-verişə çıxıb.
Arezla qarınlarını göstərən güzgü qarşısında çəkdirdiyi pozanı yayımlayan Ece, "Mən 20 həftəlik, Raçeliko isə 31 həftəlik hamilə olanda qarınla güzgü selfisi" qeydini yazıb.
Qalereya
Oxşar xəbərlər
"Yasak Elma"nın aktyoru nişanlandı - FOTO
Türkiyənin reytinqli seriallarından olan "Yasak Elma"nın aktyoru Berk Oktay evlilik yolunda ilk addım atıb. BAKU.WS xəbər verir ki, o, uzun müddətdir sevgili ol...
