İstirahət gününün ulduz falı - 15 iyul

İstirahət gününün ulduz falı - 15 iyul
Şou-biznes 2719
İstirahət gününün ulduz falı - 15 iyul
BAKU.WS istirahət gününün - 15 iyul tarixinin qoroskopunu təqdim edirik:QOÇ - Şeytani gündür. Ulduzlar doğmalarınıza qarşı aqresiyadan uzaq olmanızı məsləhət görür. Sağlamlığınızda problem yarana bilər. Səhhətinizə ziyan vura biləcək qidalardan uzaq olun.BUĞA - Enerjili gündür. İşlərinizdə ehtiyatlı olun; hadisələr gözlədiyiniz kimi alınmaya bilər. Ən yaxşısı diqqət tələb olunan işdən uzaq olun. ƏKİZLƏR - Hadisələr xoşagəlməz axarı və ya bədxahlarınızın gərəksiz müdaxiləsi hər şeyi buraxıb prinsipləriniz uğrunda mübarizəyə qalxmanıza səbəb olacaq. Özünüzü ələ almağa çalışın. Belə etsəniz itkiləriniz az olacaq.XƏRÇƏNG - İş səfəri, romantik gğrüş və səyahət üçün əlverişli gündür. Yediklərinizə diqqətli olun. Zəhərlənmə ehtimalı böyükdür. Məhəbbət, məmnunluq bu gün sizi gözləyir. Əylənin, həyat qısadır, dadını çıxarın.ŞİR – Bu gün qadın şirlər öz istedadlarını nümayiş etdirə biləcəklər. Fantaziyanızı işə salın. Yuxularınız xoşbəxt və çin olacaq. Yuxuzdakı rəqəmlər gözlənilməz xəbərə işarədir.QIZ – Gün yeni işlərin başlanğıcı üçün əlverişlidir. Yeni layihələr barədə düşünənlər himayədarların köməyindən istifadə edə bilərlər. Tərəf müqabilləri ilə danışıqların nəticəsi uğurlu olacaq. TƏRƏZİ – Gün rəngarəng və dəyişkəndir. Karyerada yüksəliş, sərfəli iş təklifi mümkündür. Yaxşı düşünün, tələsik qərar verməyin. İstənilən halda tutduğunuz mövqeni möhkəmlətməyə çalışın. ƏQRƏB – Hadisələri ayıq başla dəyərləndirməyiniz səhvlərdən qaçmağa kömək edəcək. Biznesinizi inkişaf etdirmək və ya istirahət planı qurarkən maddi durumunuzu yaxşı götür-qoy edin. Hazırda rəhbərlik və həmkarlarla yaxşı münasibətləri qoruyub saxlamaq daha vacibdir. OXATAN – Yeni əlaqələr və işgüzar danışıqlar üçün əlverişli gündür. Optimistliyiniz və cazibədarlığınız bir çox işgüzar tanışlıqlarda öz sözünü deyəcək. Bu tanışlıqlar gələcəkdə sizə xeyir gətirəcək.OĞLAQ – Bu gün iddialı və tələbkar olacaqsız. Ulduzlar öz maraqlarınızın müdafiəsində durmağı məsləhət görür. Kompromisə getməyin və heç kimin təsiri altına düşməyin. DOLÇA – İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.BALIQLAR – Passiv və ağır gündür. Əhvalınızın korlanmasına imkan verməyin. Öhdənizə yeni səlahiyyətlər götürməyin. Əvvəlki işlərlə məşğul olmaqda davam edin. Həftənin sonudur, özünüzə zaman ayırın.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 11.07.2018

Günün ulduz falı - 11.07.2018

BAKU.WS bu günün - 11.07.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Bu günü özünüzü bütünlüklə işə sərf edin. Zəhmətinizin nəticəsini tezliklə görəcəksiz. Mə...

2824 Şou-biznes 00:01 11 iyul 2018

Son xəbərlər