Sərxandan Elzaya ehtiraslı sözlər: "Mən öpüş yanığıyam, öp məni"(VİDEO)

09
mar
2018
14:32
Məşhur aparıcı Sərxan Kərəmoğlu hərəkətləri ilə yenidən gündəmi silkəliyib.Aparıcısı olduğu Lider TV-də yayımlanan “Evimin qonaqları” adlı verilişinin bu dəfə ki qonağı əməkdar artist Elza Seyidcahan olub. Sərxan öncə Elzaya ona sillə vurmasını, daha sonra isə onu öpüşlərə qərq etməsini istəyib. BAKU.WS xəbər verir ki, verlişdə Kərəmoğlunun “Mən yanığam, öpüş yanığı” deməsi sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sərxan sözügedən videonu Instagram səyfəsində paylaşaraq izləyicilərinə əvvəlcədən xəbərdalıq ünvanlayıb və onları təhqir belə etməkdən çəkinməyib: “Şərəfsiz insan, şərəfsiz şərh yazan. Hər kəs ailəsinin tərbiyəsini nümayiş etdirir. Burda yazanlar mənim dəvət etmədiyim və uğuruma illərcə kölgə salan saxta profillərdir. Mənim yazdıqlarım həqiqətdir, amma sizin yox… Gördüz ki, Sərxan verilişi ilə partlatdı, sizi qarın ağrısı tutdu. Bir baxın, videoda pis nə var? Ay əxlaqsız, ailəsindən bixəbərlər, sizin yazdıqlarınızı digərlərinin ailəsi görmür? Demək siz sahibsiz küçə itlərisiz”. Rəşad ƏliyevBAKU.WS

Oxşar xəbərlər
Sərxanın bu hərəkəti Şəbnəm Tovuzlunu heyrətə saldı (VİDEO)
Aktyor və aparıcı Sərxan Kərəmoğlunun verilişində Mətanət Əsədovanı öpdüyü kadrlar ötən həftənin səs-küyə və sosial şəbəkələrdə saysız-hesabsız müzakirələrə səb...