"Söz verdi ki, kinoya çəkəcək" - Di Kaprioya bənzədilən reper

Söz verdi ki, kinoya çəkəcək - Di Kaprioya bənzədilən reper
Şou-biznes 1080

ARB TV-nin "Şou məkan" verilişinin növbəti qonağı köhnə "Dəyirman"çı reper Elmir olub.

BAKU.WS xəbər verir ki, "Dəyirman"dan ayrıldıqdan sonra solo yaradıcılığa start verən reper son zamanlar efirlərdə görünməməsindən danışıb:

"10 ilə yaxındır ki, peşəkar şəkildə reklamla məşğulam. Bu da yaradıcı bir işdir. Sabahı, gələcəyi düşünən bir kişi kimi stabil bir yol seçirəm".

Reperin Miri Yusiflə oxuduğu "Nağıl danışma" mahnısının kimlərin nağıl danışdığını ortaya çıxaracağını deyə bilmərik, ancaq səs-küy yaradacaq bir iş olduğunu söyləmək olar:

"Miri Yusiflə birlikdə yeni mahnım çıxdı. "Nağıl danışma" adlanır. İdeya özümə məxsusdur, musiqini özüm seçdim. Miri Yusifə göstərdim. Onun da xoşuna gəldi və bu mahnını yazdıq, ərsəyə gətirdik".

- Elmir, niyə məhz bu layihə üçün keçmiş dəyirmançı Miri Yusiflə bir araya gəldin, bir mikrofon qarşısına keçdin?

- 10 ildən çoxdur ki, biz bir yerdə oxumuşduq. Parçalanmadıq, qrup kimi fəaliyyətimizi dayandırdıqdan sonra üzərindən görün neçə il keçdi və bir duetimiz yoxuydu. Ona görə də köhnə dəyimançılardan, Malik və ya Miri Yusiflə belə bir duet olmalıydı. Məncə, dinləyicilər də bunu çoxdan gözləyirdilər".

- Elmir, sizdən öncə də, sonra da qruplar olub ki, parçalanıb və qrup üzvləri bir-birinə qarşı top, tüfəng çeviriblər. Ancaq "Dəyirman"ın dağılmasına baxmayaraq, siz hələ də dostluğunuzu davam etdirirsiz:

- Bizim üçün bu, yolverilməzdir. Çünki "Dəyirman"dan qabaq da biz dost idik. "Dəyirman"ın bütün dövrlərində də dost idik, elə qrup dağılandan sonra da. Bu gün dostuq, sabah da belə olacaq".

Fanatları onu Leonardo Di Kaprioya bənzədirlər. Bəs, görəsən, reper özü bununla razıdır, yoxsa, tamam başqa cür düşünür?

"Mən, sözün açığı, bu haqda danışmağa utanıram. Çünki bunu belə görmürəm. Ancaq fanatlarımın çoxu məni Leonardo Di Kaprioya oxşadır. Fuad Əlişov söz verdi ki, məni kinoya çəkəcək. Yeni mahnı gözləyən tamaşaçılar məndən yeni film də gözləsinlər. Yaxşı olardı".

 

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Bu da Miri Yusifin yeni mahnısı (AUDİO)

Bu da Miri Yusifin yeni mahnısı (AUDİO)

Müğənni Miri Yusif növbəti mahnısını təqdim edib. BAKU.WS xəbər verir ki, "Xatirə” adlı yeni mahnının sözləri Əli Xəyyam, Okaber, musiqi: Miri Yusif, aranjiman...

3559 Şou-biznes 11:41 09 dekabr 2016

Son xəbərlər