"Səni deyirlər"in ifaçısı danışdı: Azərbaycanda ilk toyu pulsuz oxuyacam - VİDEO

Səni deyirlərin ifaçısı danışdı: Azərbaycanda ilk toyu pulsuz oxuyacam - VİDEO
Video
Şou-biznes 7197
Son günlər Cənubi Azərbaycanda və ölkəmizdə məşhurlaşan, hamının dinlədiyi və rəqs etdiyi "Səni deyirlər" mahnısı ilə tanınan İbrahim Əlizadə fikirlərini bildirib.BAKU.WSunikal.org-a istinadən həmin müsahibəni təqdim edir:-Necə oldu ki, bu mahnını oxudunuz?-Bu mahnı 25 il öncə oxunmuşdu. Aşıq musiqisi idi. Heç bu qədər məşhur deyildi. Hətta mənim atam Əlixan Əlizadə davul ifaçısıdır. O da getdiyi toylarda aşıq ritmində bu mahnını ifa edirdi. Amma, mən mahnının musiqisinə dəyişiklik elədim, ritmik formada xalqa təqdim etdim. Hazırda bütün Cənubi Azərbaycan toylarında bu mahnını sevir və rəqs edirlər.-Bu mahnıdan sonra sizi toya dəvət edənlərin sayı artdımı?-Mənim onsuz da hər zaman toylarım çox idi. Bu mahnıdan sonra bu siyahı bir qədər də artdı. Ayın bütün günləri demək olar ki, toylardayam.-Siz yalnız oxuyursuz?-Xeyr. Mən həm oxuyur və həmdə sintizatorda ifa edirəm. O görüntülərdə də göründüyü kimi mən həm oxuyur, həm də sintizatorda çalırdım. Yanımda oturan şəxs də nəmər yığırdı.-Siz neçə ildir toylarda müğənnilik edirsiz?-Mənim hazırda 31 yaşım var. Ailəliyəm, iki övladım var. Onlardan biri oğlan, digəri qızdır. 12 ildir müğənniliklə məşğulam. Atamın yolunu davam etdirirəm. Fəxr edirəm ki, azəri, türkçə musiqilər ifa edirəm.-İfa etdiyiniz bu mahnının Azərbaycanda da sevildiyini bilirsinizmi?(Gülür) Mən çox xoşbəxt insanam ki, mənim ifamı xalqımız sevdi. Mahnımın Azərbaycanda da seviləcəyini heç ağlıma da gətirməzdim. Çox sevinirəm. Allah Azərbaycan xalqını qorusun. Bütün Azərbaycan xalqına sizin vasitənizlə salamlarımı və sevgilərimi göndərirəm.-Bu vaxta qədər Azərbaycanda olmusunuz?-Xeyr, olmamışam. Amma çox istərdim ki, Azərbaycana gəlim. Bakını görmək ən böyük arzumdur. Toylara, məclislərə çağrılsam gələrəm. Həmdə gözəl Bakımızı görərəm.-Yeri gəlmişkən, Azərbaycana toya dəvət etsələr neçəyə gələrsiniz?-(Gülür)Əvvala, Azərbaycana mənim Vətənimdir. Bu ölkənin xalqı isə mənim qardaş və bacılarımdır. Pul mənim üçün önəmli deyil. Pulu hər zaman qazanıram və maddiyat mənim üçün hazırda ikinci dərəcəlidir. İlk dəvətimi pulsuz gəlib oxuyacam. Məni kim ilk dəvət etsə, təmənnasız gəlib ifa edəcəm. Bakıda konsert proqramı ilə də çıxış etmək arzusundayam. Yetər ki, dəvət etsinlər və bu məclis təşkil olunsun.-Azərbaycan müğənnilərindən kimləri dinləyirsiz?-Azərbaycan müğənnilərindən ən çox dinlədiyim əməkdar artist Baloğlan Əşrəfovdur. Bu insanın musiqilərini, özünü çox sevirəm. Ailəliklə onu bəyənirik. Toylarda hər zaman onun mahnılarını da ifa edirəm. Bu da təbrizlilər tərəfindən çox sevilir. Bununla yanaşı, məşhur müğənni Namiq Qaraçuxurlunu da çox bəyənirik və onu dinləyirik. Hər iki şəxs məni dəvət etsə, gəlib onlarla duet oxuyaram və bu məni çoox sevindirər.-İlk müsahibənizdə Azərbaycan xalqına sözünüz nədir?-Sizin vasitənizlə Azərbaycan xalqına demək istəyirəm ki, biz ailəliklə türkük. Azərbaycanı sevirik. Məni mahnım vasitəsilə sevənlərə demək istəyirəm ki, "SİZİ DEYİRƏM".BAKU.WS

Son xəbərlər