Səməddən eks həyat yoldaşına sərt sözlər : "O, mənə xəyanət edib başqa kişi ilə evdən qaçdı"
05
mar
2018
14:25
Xalq artisti Səməd Səmədov bir neçə gün öncə birinci həyat yoldaşı Zərifə xanımın iddialarla dolu şok açıqlamalarına aydınlıq gətirib.BAKU.WSxəbər verir ki, ötən həftə Səmədovun eks həyat yoldaşı Zərifə xanımın “Xəzər maqazin”ə söylədiyi sərt sözləri qarşı tərəfi hiddətləndirib, özündən çıxarıb. Xalq artisti birinci arvadının bütün kəlmələrini yalanlayıb və ona xəbərdarlıq ünvanlayıb :“Bəli, illər öncə birinci həyat yoldaşımdan olan övladım dünyasını dəyişib. Allah ölənlərə rəhmət eləsin. Zərifə xanımla 7 il ailəli olduq. Sonra isə ayrıldıq. Uşaq mənimlə qaldı. Qırmızı pencəklə yasa gəlməyim isə tamamilə yalandır. Müsəlman olan biri bunu necə edər? Görün mənə necə paxıllıq edir ki, qara yaxmaq istəyir. Əslində özü məni və övladını ataraq başqa oğlanla qaçıb. Nəvələrimin canına and içirəm ki, birinci evliliyimdən olan oğlum hazırkı yoldaşıma ana deyirdi”.Səməd Səmədovun iddiyalarla dolu müsahibəsini sizə təqdim edirik :Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Səməd Səmədovdan şok açıqlama: "Qayınanam məni divara dırmaşdırırdı" (VİDEO)
Son günlər birinci həyat yoldaşı Zərifə xanımın şok açıqlamaları ilə gündəmə səs salan xalq artisti Səməd Səmədov bu hadisə ilə bağlı bir çox toz basmış arxivlə...