Smartfonda çatın nələrə səbəb ola biləcəyi açıqlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Smartfonun qoruyucu şüşəsində kiçik çat belə gələcəkdə cihazın daha ciddi zədələnməsinə səbəb ola bilər.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Content-review.com" agentliyinin rəhbəri Sergey Polovnikov xəbərdarlıq edib.
“İstənilən çat korpusun tamlığını pozur. Əgər telefonunuz suya davamlıdırsa, bu halda heç bir suya davamlılıqdan söhbət gedə bilməz, ona görə də dərhal qoruyucu şüşəni dəyişdirmək daha yaxşıdır. Ekran matrisinin dəyişdirilməsi ilə müqayisədə bu, çox da bahalı deyil”, - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, qoruyucu şüşəsi sınmış smartfondan ancaq ekran işlək vəziyyətdə olarsa və təsvirdə heç bir dəyişiklik baş verməsə istifadə oluna bilər.
“Ekranda hər hansı təhriflər, qəribə ləkələr, piksellər, kvadratlar görünərsə, təcili olaraq xidmətə müraciət etməlisiniz. Çox güman ki, ekranın matrisini dəyişdirməli olacaqsınız”, - deyə o, xəbərdarlıq edib.
Mütəxəssis həmçinin bu halda hər hansı bir “ustanın” yanına deyil, səlahiyyətli servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib.
Oxşar xəbərlər
Xanım deputat: “Qızım biləndə instaqramda məni bloka atdı” - VİDEO
O, hər şey üçün tələsib. 6 yaşında məktəbə gedib. 20 yaşı tamam olanda ailə həyatı qurub və ana olub. Dediyinə görə, həyatda həmişə özünü sübut etməyə çalışıb.B...