Əsl balı necə müəyyən etmək olar?
Balın insan orqanizmi üçün olduqca faydalıdır. Ancaq balın da saxta və orjinalı var. Bəs, əsl balla saxta balı necə ayırd edirlər? Gəlin bunu aydınlaşdıraq.
Bal soyuducuda donursa, əsl baldır. Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır.
Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır.
Soyuq havada donmayan bal isə saxtadır. Zeytun yağında olduğu kimi bankanın alt hissəsi donarsa, əsl baldır.
Saxta balın rəngi bir az daha açıq olur, normal balın qoxusu isə yoxdur. Normal balın qatılığı daha çoxdur.
Bal donanda və ya şəkərlənəndə isti yerdə qoymaq və qabı ilə birlikdə isti suda saxlamaq kifayət edir.
Əsl balın dadı saxta baldan daha kəskin olur. Çox yeyildiyi zaman mədədə yüngül yanma olur. Çünki əsl baldır.
Balda az da olsa, şəkərdən dolayı alkoqol var. Buna görə də kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanar.
BAKU.WS
Oxşar xəbərlər
Məşhur qrupun solisti toy etdi
"İvanuşki İnternational" qrupunun solisti Kirill Turiçenko sevgilisi Daria ilə ailə qurub. BAKU.WS xəbər verir ki, bu barədə "Super" portalı məlumat yayıb. Məra...