Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Silvestr Stallonenin ailəsində xoş gün yaşanıb. Onun böyük qızı Sofiya nişanlanıb.
BAKU.WS xəbər verir ki, Sofiya uzun müddətdir münasibətdə olduğu sevgilisi Maykl Şihan ilə üzük taxaraq evlilik yolunda ilk addımını atıb.
Bu özəl hadisə ilə bağlı diqqət çəkən əsas məqam isə bu xoş anın avqustun 27-də yəni Sofiyanın 30-cu yaş günündə yaşanması olub.
O, sosial şəbəkədəki paylaşımına "Sonsuza qədər ən yaxşı dostumla..." sözlərini qeyd edib.
Silvestr Stallone də övladının şad günündə sevincini gizlətməyib.
O öz növbəsində ailə fotolarını bölüşərək "Qızımız Sofiya və Mayklın nişanlanmasına görə çox xoşbəxtik!" sözlərini yazıb və gənc cütlüyü təbrik edib.
Cütlüyün toy tarixinin nə vaxta planlaşdırıldığı isə hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...