Sibel Canın 11 minlik geyimi lağa qoyuldu - FOTO

Sibel Canın 11 minlik geyimi lağa qoyuldu - FOTO
Foto
Şou-biznes 3110

Tez-tez şəxsi həyatı ilə gündəmə gələn məşhur müğənni Sibel Can bu dəfə geyimi ilə müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, 6 ildən sonra ilk dəfə İstanbulda səhnəyə çıxan 51 yaşlı sənətçi artıq çəkisi ilə diqqət çəkib.

"Bottega Veneta" kolleksiyasına məxsus qırmızı rəngli geyimdən istifadə edən Sibel Can sosial şəbəkə istifadəçilərinin tənqidinə məruz qalıb.

Onlar ifaçının konsertdən lentə alınan şəkillərinə "Çox çəki alıb", "Həyatdakı halı bu imiş", "Görəsən, hamilədir?", "Fotoşoplu şəkillər paylaşmaqla deyil ki, əsl görünüşü budur" kimi sözlər yazaraq onun libasını məsxərəyə qoyublar.

Sözügedən geyimin qiyməti 11 min 800 AZN-dir. "Bottega Veneta" kolleksiyasına aid libası Sibel Candan əvvəl model Bella Hadid geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər