İşsiz qalan azərbaycanlı MODEL İŞƏDÜZƏLTMƏ AGENTLİYİ AÇDI - FOTO

İşsiz qalan azərbaycanlı MODEL İŞƏDÜZƏLTMƏ AGENTLİYİ AÇDI - FOTO
Şou-biznes 411

“Best Model of The World” titulunun sahibi, azərbaycanlı model və aktyor Rüstəm Cəbrayılov yeni xəbərlə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, uzun müdətdir işsiz qalan model şəxsi işini qurub. O, işədüzəltmə agentliyi açıb. Bu haqda Rüstəm özü məlumat verib:

"Rəhbəri özüməm. Fəhləlikdən tutmuş, tır sürücüsünə, modelliyə, hüquq məsələlərinə qədər kimə nə lazım olsa xidmət göstəririk. 2-3 ildən bir düşən filmlə yaşamaq olmaz, ciddi işlərlə məşğul olmaq lazımdır".

Xatırladaq ki, model bundan əvvəl "Daimi iş axtarıram. Bir çox yerə CV göndərdim, baxan olmadı. Bildiyiniz yer varsa, xəbər edin" açıqlamasını verimişdi.

Son xəbərlər