Şeron Stoun 11 aylıq qardaşı oğlunu itirdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktrisa Şeron Stounun ailəsinə ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Şeronun 11 aylıq qardaşı oğlu River Stoun vəfat edib.
Bütün orqanları funksiyasını itirən Stounun həyatını xilas etmək mümkün olmayıb.
Şeron sosial şəbəkə hesabında “River Uilyam Stoun - 8 sentyabr 2020-30 avqust 2021" qısa şərhi ilə qardaşı oğlunun vəfat etməsi ilə bağlı paylaşım edib.
Qeyd edək ki, 11 aylıq River 2020-ci ilin sentyabrında dünyaya gəlib. O, aktrisanın qardaşı Patrikin övladıdır. Bir neçə gün əvvəl Stoun fanatlarına səslənərək körpə River üçün çoxlu dua etmələrini xahiş etmişdi.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...