Şəhriyar Əbilov hind filminə çəkildi - “Netflix”də yayımlanacaq - FOTO/VİDEO

Şəhriyar Əbilov hind filminə çəkildi - “Netflix”də yayımlanacaq - FOTO/VİDEO
Video
Şou-biznes 333

Aktyor-aparıcı Şəhriyar Əbilov yeni layihəsi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Əbilova Bollivuddan filmə çəkilmək təklifi gəlib.

Ekran işində əsas rollardan birinə çəkilən aktyor bu barədə BAKU.WS-ə açıqlamasında bildirib.

Qeyd edib ki, ona məşhur aktyor Salman Xanın şəxsi prodakşınından təklif gəlib:

"Hazırda Hindistandayam. Məşhur aktyor Salman Xanın şəxsi prodakşını "Bollivud prodakşın" bədii film çəkirdi. Ekran işinin bir hissəsi Bakıda çəkilmişdi. Davamının isə Hindistanda çəkilməsi nəzərdə tutulurdu.

Şəhriyar Əbilov hind filminə çəkildi - “Netflix”də yayımlanacaq - FOTO/VİDEO

Bakıda balaca bir səhnədə çəkildim və bəyəndilər. Məni Bollivuda dəvət etdilər. Hazırda Bollivuddayam. 4 günlük çəkilişim var idi. İndi bitirdik. Bollivuddan Azərbaycanda film təklifi alan ilk mənəm".

Şəhriyar Əbilovun rol aldığı ekran əsəri "Ruslan" adlanır. Bədii film əvvəl Hindistan kinoteatrlarında nümayiş olunacaq. Daha sonra isə məşhur film və serial platforması “Netflix”də yayımlanacaq.

Şəhriyar Əbilov hind filminə çəkildi - “Netflix”də yayımlanacaq - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər