Şəhidin oğlu: “Hər yatanda istəyirəm atam yuxuma girsin” - VİDEO

Şəhidin oğlu: “Hər yatanda istəyirəm atam yuxuma girsin” - VİDEO
Video
Şou-biznes 252

ATV-də yayımlanan "Qarabağ sədası" proqramı şəhid Pərviz Məmmədovun ailəsindən reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, əslən Ağcabədidən olan Pərviz Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

P.Məmmədovun atası Ələddin Məmmədov "Pərviz ilk övladım idi. Qafqaz Universitetinə qəbul olmuşdu, getmədi. Öz istəyi ilə hərbiyə yollandı. Göz yaşları müvəqqətidir. Biz də bu müharibəni çoxdan istəyirdik", - sözlərini söyləyib.

Şəhidin anası Zemfira Məmmədova isə "ona əziz, şirin balam deyirdim. O dünyaya gedənə qədər Pərvizi çiynimdə, ürəyimdə daşıyacam", - sözlərini əlavə edib.

Xanımı Arzu Məmmədova isə həyat yoldaşı ilə son danışıqlarını göz yaşı ilə xatırlayıb:

"Sonuncu danışığımız şəhid olduğu gün saat 12-də oldu. Zəng etdim, başa düşmədim vəsiyyət edir. Dedi, "mənimlə qürur duyacaqsınız". Dedi ki, "pis olma, bilirsən ki, uşaqlıqdan hərbi həyat arzulamışam. İnanmazdım..." Hər dəfə oruc tutanda qabağına yemək qoyurdum. Deyirdi, xahiş edirəm, mənə adi ölüm arzulama. İnanıram ki, məni görür. Çünki yuxularıma gəlir".

Şəhidin oğlu Tuncay Məmmədov isə atasını yuxularında görməyi xəyal edir:

"Atamla qürur duyuram. Onun üçün çox darıxıram, onu istəyirəm. Atamın yerini boş qoymaq istəmirəm, heç kim onun yerinə keçməsin. Tez böyüyüb, onun yerinə keçəcəm. Hər yatanda istəyirəm ki, atam yuxuma gəlsin, onu qucaqlayım. Mənə yaxşı ata olub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər