Şəhid Teymurun anası: “Şəhidlər Xiyabanına gedəndə Teymuru ağlamağa utanıram” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ATV- də yayımlanan “Bizimləsən proqramında şəhid Teymur Abbaslının ailəsi ilə lentə alınmış süjet yayımlanıb.
BAKU.WS xəbər verir ki, süjetdə şəhid Teymurun anası və həyat yoldaşı onunla bağlı xatirələrindən danışıblar. Onlar bildirib ki, Teymur müharibənin başlamasına heç toyunda sevinmədiyi qədər sevinibmiş:
"O vaxtdan gedib könüllü orduya yazıldı. Orada həlak olan Vüqar Sadıqov bizim kənddən idi. Onun qəbri üstünə getdi, sonra anası ilə görüşdü və dedi ki, qanı yerdə qalmayacaq. 27 sentyabrda müharibə başladı, 28-də getdi ki, məni də aparın. Sentyabrın 29-da səhər tezdən yollandı. Müharibə başlayanda Teymur toyu günü sevinmədiyi qədər sevinirdi. Müharibəyə gülə-gülə getdi. Torpaqların qaytarılmasını səbirsizliklə gözləyirdi. Teymurla bağlı arzularım böyük idi, qismət. Mənə iki bala qoydu getdi. Teymuru atasız böyütmüşdüm. İndi balalarını atasız böyütmək qismət oldu. Dözərəm, anamın 6 balası müharibəyə gedib gəlməmişdi. Anam 99 yaşına qədər yaşadı. O qədər yaşamasam da, balalarını böyüdəcəm."Şəhidlər xiyabanı"na gedəndə Teymuru ağlamağa utanıram. Şəhidlərin hamısı gözəldir. Deyirəm, necə gənclər şəhid olub, mənə Teymurdan iki bala qalıb. Balası olmayanlar nə etsin".Şəhidin xanımı isə iki övladı üçün ayaqda qalmağa çalışdığını bildirib:"Şəhid xanımları güclü olsunlar, biz buna borcluyuq. Onların bizə qoyduğu əmanət var, onları böyütməliyik. Fəxr edirəm ki, bu torpaqda yoldaşımın da payı var. Qələbəni tam yaşamağa içimdəki matəm imkan vermir. Qəlbimin bir hissəsi fərəh duyur. Fəxr edirəm ki, şəhid Abbasov Teymurun həyat yoldaşı olmuşam. 30 ildir biz qələbəyə susamışdıq".
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...