Şəhid polkovnikin oğlu atası ilə son telefon əlaqəsindən danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Atamın da, mənim də istəyim hüquq mühafizə orqanlarında çalışmaq idi. 4 gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişinin qonağı olarkən şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.
O bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, hüquq-mühafizə orqanlarının əməkdaşı kimi görmək olub:
“Özüm də bunu istəyirəm. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...