Şəhid Elşadın ikinci övladı dünyaya gələcək - FOTO

Şəhid Elşadın ikinci övladı dünyaya gələcək - FOTO
Şou-biznes 427

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluçu Elşad Məmmədovun ikinci övladı dünyaya gələcək.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatı biznes ledi Ruhi Əliyeva sosial şəbəkə hesabında yazıb:

"Gözümüz aydın, inşallah yaxın zamanda şəhidimiz Elşad Məmmədovun daha bir oğul payı dünyaya gələcək. Atası kimi cəsur, qorxmaz, igid bir oğul gəlir dünyaya.

Bu gözəl xəbəri mənə hər zaman güvəndiyim həkim xanım verdi. Şəhidimizin arzusu ikinci bir oğlu olarsa, adının Əli olması olub. Xoş gəlirsən, Əli bala".

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov iyulun 12-də Ermənistanın təxribatı nəticəsində şəhid olub.

Şəhid Elşadın ikinci övladı dünyaya gələcək - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər