Şəbnəm Tovuzlu ARB-yə qadağa qoydu
15
may
2019
15:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Şəbnəm Tovuzlu ARB kanalı ilə qalmaqal yaşayıb.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan sonra sözügedən telekanalda heç bir verilişə çıxmayacağını bildirib:"Reytinq cədvəlində adı olmayan verilişlər zəng edib, yalvarıb dəvət edirlər. Hörmət edib yox demirəm və gedirəm. Sonra da başlayırlar müğənniləri “vurmağa”. Bəsdirin. Daha mənə zəng etməyin. Mən verilişə gəlirəm, məktəbə imtahan verməyə yox. Başa düşdüm, siz məndən savadlısız, ağıllısız. Bunu kimə və niyə göstərirsiz? İmamlarımız buyurur ki, hər bir insanın eyibləri, bilmədikləri vardır. Heç kim istəməz ki, bu ayıbları başqaları bilsin. Onlar özləri də bilmədiklərimizi bilir və qəsdən sual verirlər. Bilirdilər ki, mən cavabı deyə bilməyəcəm. Çalışırlar qarşılarındakı ifaçını əzsinlər. Bezmişəm bu durumdan. Siz bizləri hörmətsiz edirsiz. Hörmətli ARB kanalının əməkdaşları, sizin verilişlərə çıxmaq istəmirəm, məni daha dəvət etməyin".Qeyd edək ki, "Hüseynova bacıları" verilişində Şəbnəmə sual ünvanlanmış, onun "Bu yaxınlarda Dubayda olmuşdum. Ora Avropa olmasa da, oraya yaxındır. Amerikada olmamışam. Rusiyanın bütün şəhərlərini gəzmişəm. Amerikanın özü, İtaliyanı deyə bilərəm. Yəni, Amerikanın – paytaxtını tanıyırıq da. Getməmişəm, bilmirəm" sözləri qalmaqala səbəb olmuşdu.
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu Bakıda "Gelandewagen"lə şou göstərdi - VİDEO
Müğənni Şəbnəm Tovuzlunun "Gelandewagen" markalı avtomobillə videosu yayılıb. BAKU.WS xəbər verir ki, müğənni həmkarı Sabina Selcanla magistral yolda ötüşüb. Sö...