Şakiradan Məhsa Əmini ilə bağlı paylaşım - FOTO

Şakiradan Məhsa Əmini ilə bağlı paylaşım - FOTO
Şou-biznes 213

Məşhur müğənni Şakira sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi tvitter hesabında İranda öldürülən 22 yaşlı Məhsa Əmininin fotosunu paylaşıb.

Şakira fotoya "Ürəyim Məhsa Əmininin ailəsi və ifadə azadlığı uğrunda mübarizə aparan digər iranlı qadın və məktəbli qızlarladır" sözlərini əlavə edib.

Xatırladaq ki, Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qız İranın “Əxlaq” polisi tərəfindən hicab bəhanəsi ilə saxlanıldıqdan sonra həyatını itirib. Bundan sonra baş verən zorakılığa qarşı ölkə ərazisində genişmiqyaslı etirazlar başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər