Melek iranlı qadınlar üçün səhnədə saçlarını kəsdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur müğənnisi Melek Mosso səhnədə saçlarını kəsib.
BAKU.WS xəbər verir ki, Harbiye Açıq Hava Teatrında çıxış edən ifaçı İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini və azadlıq uğrunda mübarizə aparan qadınlara görə bu addımı atıb.
Melek “Bu gecə mahnılarımı bütün qadınlar adına oxuyuram. Azadlığımızı heç kəs əlimizdən ala bilməz”, - deyə bildirib.
Xatırladaq ki, İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qız hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilib. Bundan sonra baş verən zorakılığa qarşı ölkə ərazisində genişmiqyaslı etirazlar başlayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Castin Biberdən Məhsa Əmini ilə bağlı paylaşım - FOTO
Məşhur müğənni Castin Biber İranda öldürülən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, sənətçi 258 milyon izləyicisi olan instaqram...