Sevinc: "İmam kağızı ilə toy etsək, uşaq dünyaya gətirərəm" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərova əkiz bacılarından Sevinc rəsmi nikah olmadan uşaq dünyaya gətirməyin əleyhinədir. BAKU.WS xəbər verir ki, ifaçı bu barədə lent.az-ın canlı yayımında danışıb:
"Tam səmimi deyirəm, imam kağızı önəmlidir, amma onu o qədər eybəcər şəkildə təqdim edirlər ki, artıq ictimaiyyətdə düzgün qarşılanmır. Mən düşünürəm ki, dünyaya "ZAQS"sız uşaq gətirmək düzgün deyil. İmam kağızı ilə böyük bir toy etsək, o zaman razıyam. Amma kəbin kəsildi, toysuz dünyaya uşaq gətirməyə də normal baxmıram. Çünki biz belələri çox görmüşük, bilirik. Artıq bunu o qədər eybəcər şəkilə gətirib çıxarıblar ki...
"ZAQS"ım yoxdur, uşağım var" - bunu artıq zarafata çeviriblər. Mən bununla qəti razı deyiləm. Olursa da, ikisi də olmalıdır. Əgər ailənə, özünə, dünyaya gələcək övladına hörmət edirsənsə, bu iki kağız mütləq şəkildə xanımın əlində olmalıdır".
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...