Sevil və Sevinc bacıları: Ailə quraq və bu sənətdən gedək - VİDEO

"Biz qətiyyən tək səhnəyə çıxmayacağıq. Fikrimizdə ailə qurmaq var. Məndən iki dəqiqə böyük bacım Sevincdir, ilk ailə həyatını da o qursun. Mən də onun yanında qalıb, ona yemək bişirəcəyəm. Sənətə davam etməyi düşünmürük".
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu sözləri şou-biznesin əkiz müğənni bacıları Sevil və Sevinc Səfərovalar ARB TV-də yayımlanan “Söhbət var” proqramında dilə gətiriblər.
Bacılar ailə qurduqdan sonra sənətdən getməyi planlaşdırdıqlarını diqqətə çatdırıblar:
“Ailə qurduqdan sonra müğənnilik fəaliyyətimizi davam etdirməyəcəyik. Rəfiqələrimiz deyir ki, bu qədər əziyyət çəkmisiniz, niyə görə ailə qurduqdan sonra bu sənəti atmaq istəyirsiz? Özümüzü bu sənətə heç uyğun görmürük. Özümüzü narahat, qəribə hiss edirik.
Deyirəm ki, Allah xeyirli bir qapı açsın, ailə quraq və bu sənətdən gedək. Davamlı müğənnilik etmək istəmirik. Sosial şəbəkələri belə gizli işlədəcəyik. Ümumi səhifəmizdə heç nə paylaşmayacağıq”.
Oxşar xəbərlər
Xatirə İslamdan əkizlərə kəskin sözlər: Bu sənətə niyə gəlmisiz, necə gəlmisiz... - VİDEO
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları "ATV Maqazin Onlarla" verilişinin "Hit Parad" rubrikasında səsləndirdiyi fikirləri ilə həmkarlarını özlərinə düşmən...
