Sevil-Sevinc bacıları canlı yayımda onlara elçi düşən oğlanın ailəsi haqda ŞOK FAKTLARI açıqladı (VİDEO, FOTO)

Sevil-Sevinc bacıları canlı yayımda onlara elçi düşən oğlanın ailəsi haqda ŞOK FAKTLARI açıqladı (VİDEO, FOTO)
Video
Şou-biznes 15748
Ötən gün Xəzər TV-də yayımlanan “5-də 5” verilişində müğənnilər Sevil və Sevinc Səfərovalar onlara elçi düşən oğlana cavab veriblər. BAKU.WS-in məlumatına görə, Həzrət adlı oğlan Sevil Səfərova ilə ailə qurmaq istədiyini bir neçə həftə əvvəl canlı yayımda bəyan edib. Lakin Sevil və Sevinc Səfərovalar onlara vaxt verilməsini istəyiblər. Bu müddət ərzində müğənnilər elçi düşən Həzrət və onun ailəsi haqqında məlumat toplamağa başlayıb. Dünən isə əkiz bacılar canlı yayımda Həzrətə cavabını məktub formasında verib. Müğənnilər deyib ki, məktubda hər şey yazılıb, əgər Həzrət istəyərsə, yazılanları efirdə oxuya bilər. Həzrət məktubu oxuduqdan sonra aparıcı Zaur bildirib ki, bəzi məsələləri müzakirəyə çıxarmağa ehtiyac var. Belə ki, Sevil və Sevinc Səfərovaların araşdırmaları nəticəsində məlum olub ki, Həzrət əvvəllər nişanlı olub. Halbuki, Həzrətin anası oğlunun nişanlı olmadığını bildirmişdi. Sevincə elçi getmək istəyən Həzrətin qardaşı isə evli olub və övladı da var. Ana övladları ilə bağlı geniş açıqlamalar verib və həqiqəti söyləyib. Verilişdən həmin hissəni təqdim edirik. BAKU.WS

Son xəbərlər