Sevda Yahyayevanın həkim həyat yoldaşı: "Dedim, nikah mərasimini klinikada edək" - VİDEO

Sevda Yahyayevanın həkim həyat yoldaşı: Dedim, nikah mərasimini klinikada edək - VİDEO
Video
Şou-biznes 146

Müğənni Sevda Yahyayevanın həyat yoldaşı Zakir Bayramov nikah mərasimləri zamanı yaşananlardan danışıb.

BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişində qonaq olan cütlük əvvəl nikahlarının Zakirin çalışdığı klinikanın akt zalında olmasını istəyiblər. Cütlüyün xoş günü pandemiya dövrünə təsadüf etdiyindən onlar belə bir addım atmaq qərarına gəliblər:

"Nikahımız olanda hər yer bağlı idi. Heç yerə getmək olmurdu. Nikahlar balaca, idarə kimi yerdə olmalı idi. Sevda da ağlayırdı. Mən də təklif etdim ki, klinikanın akt zalı var. Oranı dekorlarla bəzəyərik, nikahımız orada olar. Sevda da çox pis olub. Axırda getdik, xahiş etdik, çətinliklər oldu, bizə o otağı açdılar".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər