Sevda Yahyayeva 1021 AZN qiyməti olan ayaqqabını bəyənmədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevda Yahyayevanın sosial şəbəkələrdə yeni görüntüləri yayımlanıb.
BAKU.WS xəbər verir ki, hazırda Avropada istirahətdə olan sənətçi Milad yarmarkaları ilə yanaşı bəzi geyim və paltar dükanlarını da gəzib. Ayaqqabı mağazalarından birində olan qadın ayaq geyimi Yahyayevanın diqqətini çəkib.
O, ayaqqabının qiymətinin 530 avro (təxminən 1021 AZN) olduğunu, lakin bu tərz ayaq geyimlərini bəyənmədiyini bildirib:
"Görürsünüz, nə qədər müxtəlif zövqlü insanlar var. Məsələn, bizim ölkədə bu ayaqqabını kim geyinər? Mən geyinə bilmərəm".
Qeyd edək ki, Yahyayeva bir neçə gün əvvəl instaqramında paylaşım edərək Milad bayramını keçirmək üçün əri Zakir Bayramovla Avropaya yollandığını deyib.
Oxşar xəbərlər
Sevda əri ilə Avropada belə istirahət edir - FOTO
Müğənni Sevda Yahyayeva sosial şəbəkədə yeni görüntülərini yayımlayıb. BAKU.WS xəbər verir ki, hazırda həkim əri Zakir Bayramovla İsveçrədə istirahət edən sənə...