Sevda qalmaqallı videodan danışdı: "Mən oradakı ifaçını tanımıram!" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsert proqramında səsləndirilən müğənni Türkan Vəlizadənin ifasını tənqid edib. Sənətçi bu mahnının bayağıdan da aşağı olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Ələkbərzadə həmin görüntüləri çəkib sosial şəbəkə hesabında paylaşmışdı. Hazırda isə ifaçı bu paylaşımı ilə bağlı açıqlama verərək belə ifanın İçərişəhərdə səsləndirilməsinin yanlış olduğunu qeyd edib:
"Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa".
Xatırladaq ki, S.Ələkbərzadənin tənqid etdiyi mahnı müğənni Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" adlı ifasıdır.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...