Sərxandan Manafa: "Sənin üçün Vasif deyiləm, "kislota" töküb səni yandıraram" - FOTO

Sərxandan Manafa: Sənin üçün Vasif deyiləm, kislota töküb səni yandıraram - FOTO
Şou-biznes 1449

Ötən gün müğənni Manaf Ağayevin dostları ilə bağlı verdiyi açıqlama ölkə mətbuatının gündəmini zəbt edib. Sənətçi efirdə bəzi dostlarından incidiyini, bəzilərini isə dostluqdan sildiyini bildirib.

BAKU.WS xəbər verir ki, Ağayevin yaxın dostlarından olan aparıcı Sərxan Kərəmoğlu bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, dostu Manafla arasında heç bir inciklik olmadığını deyib. Sərxan paylaşımına "Sənin üçün Vasif deyiləm, "kislota" töküb səni yandıraram" sözlərini də əlavə edib:

"Gözünüz aydın, Manaf məndən də küsüb. Manaf, sənin üçün Vasif deyiləm. Gələrəm Bakıya, üzünə "kislota" töküb səni yandıraram. Sənin haqda pis bir şey yazmamışam. Buradan sənə bəyan edirəm ki, yazdıqlarımı savadlı adama göstər və o sənə düşmən yaxud da dost olduğumu desin. Sən qardaşımsan və məndən üz döndərməyinə razı ola bilmərəm. Elə yaşımdır ki, əziz bildiklərimi itirə bilmərəm. Vaxtı ilə çox itirdim, artıq yetər".

Sərxandan Manafa:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər