Sərxan Sərxan “Rayonlu nə bilir, konsert nədir, teatr nədir?” söhbətindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Sərxan Sərxanın “Rayonlu nə bilir, konsert nədir?” başlıqlı açıqlaması mediada müzakirələrə səbəb olub. Hətta xalq artistinin bu fikri sosial mediada tənqidlə qarşılanıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Xalq artisti Sərxan Sərxan bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib:
“Mediada yayılan “Rayonlu nə bilir, konsert nədir, teatr nədir?” başlıqlı açıqlama əsassızdır. Sərxan belə dedi, elə dedi, utanmırlar?! İndi konsertə kim gedir? Heç şəhər əhalisi getmir. Bu nə xəbərdir, mənim adımdan yayımlanır.
Bunu yayanlar məni xalqa düşmən etmək istəyirlər. Mənim əksər dostlarım rayonludur. Belə baxanda, elə hər birimizin kökü rayona gedib çıxır. Dünən haqqımda çıxan “primitiv” xəbərlər məni çox əsəbiləşdirdi. Heç gözləməzdim”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...