Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı: "O ustadları eşidə-eşidə böyüdük"

Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı: O ustadları eşidə-eşidə böyüdük
Şou-biznes 1486
Yanvarın 13-də Türkiyənin məşhur müğənnisi Serkan Kaya Bakının qonağı olub. O, paytaxt restoranlarının birində konsert proqramı ilə sevənləri qarşısında çıxış edib. BAKU.WS-in məlumatına görə, Sərkan Kaya konsert öncəsi kulisdə media nümayəndələrinin suallarını cavablandırıb.O, növbəti dəfə Bakıya gəldiyindən çox məmnun olduğunu qeyd edib: “Sizinlə bərabər olmaqdan çox xoşbəxtəm. Gözəl bir gecə olacağına inanıram. Azərbaycan bizim üçün çox dəyərlidir. Köhnə yeni ildə burdayıq. Hamımız üçün gözəl il olmağını arzulayıram. Bu ilin ilk konsertini Azərbaycanda edirik. Siz də mənə şans gətirərsiniz. Hər il bir albom çıxardıram. 2019-da boş dayanmayacam. Tənbəlliyi sevən biri deyiləm. Yeni albomlar, kliplər, konsertlər üçün çalışacam. Şəhəri gəzmə imkanımız olmadı, amma 2 il əvvəl burda açılışa gəlmişdim. Mini konsert vermişdim. 2-3 gün Bakıda qalmışdım. Gəzdim və çox bəyəndim. Bakı çox inkişaf etmiş şəhərdir".
Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı:
İfaçı azərbaycanlı sənətçilərdən də bəhs edib:“TRT-də bir bölümdə türk xalq musiqisi, bir tərəfdə azərbaycan musiqiləri bölümü vardı. Müəyyən saatdan sonra azərbaycanlı sənətkarların konsertləri yayımlanırdı. Biz o ustadları eşidə-eşidə böyüdük. Özümüzü inkişaf etdirdik. Hamısını sevirəm. Nə vaxtsa, işbirliyi təklifi gəlsə, qəbul edərəm”.
Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı:
Kaya Türkiyədə adı qalmaqalda hallanan Nur Yerlitaş barədə suala da şərh verib:“O, mənim dostumdur. Moda sahəsində Türkiyə sərhədlərini aşan şöhrəti var. Onunla münasibətimi kəsəcək səbəb görmürəm. Bir mövzuda yalnış anlaşıldı. Mən onun ürəyini bilirəm. O sözü yalnışlıqla dediyini bildiyim üçün arxasında durdum. Dövlət məhkəməsində onun bu mövzuda günahkar olmadığını bildirildi.”Aysel Nazim və Urfan Məmmədlinin aparıcılığı ilə keçən gecədə tamaşaçılar Serkan Kayanın canlı ifalarını dinləyiblər.İfaçı bir-birindən populyar mahnılarını səsləndirib. “Mesele” mahnısını ilə zala giriş edən ifaçı irəliləyən dəqiqələrdə “Əziz dostum” mahnısını ifa edib.Foto: İlqam CəbiyevBAKU.WS
Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı:
Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı:
Serkan Kaya azərbaycanlı sənətçilərdən danışdı:
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər