Serenay Sarıkayanın ifadəsi ortaya çıxdı! Mert Demirlə əlaqəsi barədə detallar...

Serenay Sarıkayanın ifadəsi ortaya çıxdı! Mert Demirlə əlaqəsi barədə detallar...
Foto
Şou-biznes 161

Məşhur aktrisa Serenay Sarıkaya menecer Ayşə Barım haqqında aparılan istintaq çərçivəsində prokurorluğa dəvət olunub. Prokuror Sarıkayadan, Mert Demirlə münasibəti qarşılığında Ayşə Barımla birlikdə 5 milyon dollar alıb-almadığını soruşub.

BAKU.WS haber global-a istinadən ifadəni təqdim edir.

Sarıkaya bildirib ki, Mert Demirlə qarşılıqlı razılıq əsasında bir yarım ildir, münasibətdədir. O, Ayşə Barımın bu münasibətə dair hər hansı bir təsir göstərmədiyini və istiqamət vermədiyini qeyd edib.

Aktrisa əlavə edib ki, iş adamından Ayşə Barımın 5 milyon dollar rüşvət aldığı ilə bağlı heç bir məlumatı yoxdur və bu münasibət üçün özünün də hər hansı bir maddi qazanc əldə etmədiyini vurğulayıb.

Prokurorluğun "Ayşə Barım tərəfindən sizə hər hansı bir təzyiq və ya təhdid edildimi?" sualına isə Sarıkaya belə cavab verib:

"Xeyr, mənə heç bir təzyiq göstərilməyib."

Məlumata görə, prokurorluq tərəfindən başqa aktyorların da ifadəyə çağırılacağı bildirilib.

Son xəbərlər