Sənubər İsgəndərli ilk tamaşasından danışdı: "İkinci kurs tələbəsi idim, özümü itirmişdim"

Sənubər İsgəndərli ilk tamaşasından danışdı: İkinci kurs tələbəsi idim, özümü itirmişdim
Video
Şou-biznes 234

Əməkdar artist Sənubər İsgəndərli etirafı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Pərvizə görə" verilişinə qonaq olan aktrisa illər əvvəl sənətə yeni gəldiyi vaxtlatrdan danışıb.

Əməkdar artist ilk tamaşasını belə xatırlayıb:

"İlk tamaşam idi. Özü də aktrisa xəstələnmişdi, ikinci kurs idim, gətirdilər məni, sözləri verdilər ki, əzbərlə, sabah tamaşa oynayacqsan. Təsəvvür edin, heç bir səriştəsi, təcrübəsi olmayan insan qarşında da sadaladığım şəxslər... "Şeyx Xiyabani" tamaşası idi, Səhər obrazı var idi. Rafael Dadaşovun sevgilisini oynayırdım. Mən özümü itirmişdim sözü çox zəif qalar. Mənə necə kömək etdilər, Həsənağa Turabov dedi, qorxma, buradayam, Fuad Poladov əlimdən tutub aparırdı ki, qaranlıqdır, yıxılarsan, yerin buradandır, buradan çıx. Bunu görmüşəmsə, niyə bu gün etməyim? İnsan yaşadığını yaşadır. Mən də yaşadıqlarımı yaşadıram".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər