"Sən ərə getməkdən başqa nə ilə gündəmdə qalmısan?" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Samirə özü gündəmdə ərə getməklə qalır". Bu sözü prodüser Tolik meyxanaçı-müğənni Samirə Yusifqızı barəsində söyləyib.
BAKU.WS xəbər verir ki, prodüser özünün aparıcısı olduğu "Hər şey daxil" proqramında sənətçinin saçına rəng qoyan, üzünə qulluq edən kişiləri pisləməsinə sərt reaksiya verib:
"Samirə Yusifqızını heç meyxanaçılar qəbul etmir. İki gündən bir çıxıb, şou-biznesdə saçını rəngləyən kişiləri pisləyir. Bunu bildik, çeynənmiş mövzudur. Başqa sözün varsa, danış. Özü ərə getməklə gündəmdə qalır. Elgizin verilişində dedi ki, ərə gedirəm, mənim verilişimdə zarafat etdiyini dedi. Cəsarəti varsa, üç kişi çıxıb ad çəksin. Samirə xanım, sən ərə getməkdən başqa nə ilə gündəmdə qalmısan?".
Verilişin qonaqlarından biri, prodüser Pənah Eldaroğlu da S.Yusifqızının sənəti olmadığı üçün ərə getmək mövzusu ilə gündəm yaratdığını bildirib.
Oxşar xəbərlər
Samirə Yusifqızı: "Biz 2-3 gecəni bir yerdə keçirmiş insanlarıq, amma..." - VİDEO
Müğənni-meyxanaçı Samirə Yusifqızı duet ortağı Oqtay Kamillə münasibətlərinə aydınlıq gətirməyə məcbur qalıb. BAKU.WS xəbər verir ki, Space TV-nin "Gəl, dərdini...